Alov Digital olaraq şirkətinizin bazarda daha etibarlı görünməsi, xidmətlərini daha aydın təqdim etməsi və müştəri müraciətlərini daha sistemli idarə etməsi üçün veb-sayt və rəqəmsal həllər hazırlayırıq.
Biz hazır paketlər təqdim etmirik. Hər layihəni biznesinizin məqsədinə, mövcud vəziyyətinə və real ehtiyaclarına uyğun şəkildə planlayırıq.
Müştəri sayta daxil olanda sadə suallara cavab axtarır: bu şirkət nə edir, kimə kömək edir, işi nə dərəcədə ciddi görünür və onunla necə əlaqə saxlamaq olar. Biz saytı bu suallara aydın cavab verəcək şəkildə qururuq.
Şirkət rəhbərləri və komandaları ilə birbaşa işləyirik. Məqsədiniz, prioritetiniz və komandanızın iş axını nəzərə alınır.
Struktur, dizayn, sürət, təhlükəsizlik və analitika hissəsində səliqəli və müasir web standartlarına əməl edirik.
Hər biznesə eyni şablonla yanaşmırıq. Saytın məzmunu, strukturu və funksiyaları sizin sahənizə və məqsədinizə uyğun qurulur.
Çox saytda dizayn var, amma mesaj aydın deyil. Səhifələr var, amma müştəri növbəti addımı bilmir. Anket var, amma müraciətlər itir və ya gec cavablanır. Nəticədə şirkət yeni sayt alır, amma gündəlik işində ciddi fərq hiss etmir.

Bu sualları ilkin görüşdə də rahat şəkildə müzakirə edirik. Məqsəd gözləntiləri əvvəlcədən aydınlaşdırmaqdır.