BAX

Bizneslərin İnkişafına Hədəflənmiş Agentlik

Sizi görməyə həmişə şadıq. Bizi tanımaq üçün gəlin ətraflı məlumat verək, necə fayda verəcəyimizi anlayacaqsınız.

qrup isu scaled

Biz rəqəmsal marketinq agentliyiyik və fəaliyyətimizə 2023-cü ildə yalnız veb-saytların hazırlanması ilə başlamışıq. O vaxtdan bəri yerli bizneslərə öz məqsədlərinə çatmaqda kömək edirik. Komandamızın əsas prioriteti müştərilərimizin ehtiyaclarına uyğun həllər təklif etmək və onların uğuruna töhfə verməkdir. Qısa müddət ərzində bir çox şirkətlə əməkdaşlıq edərək onların onlayn mövcudluğunu gücləndirmişik.

Fəaliyyətə başladığımız ilk günlərdən veb-saytların dizaynı və inkişafı ilə məşğul olsaq da, zamanla xidmətlərimizi genişləndirdik. İndi biz rəqəmsal marketinqin müxtəlif sahələrində, o cümlədən sosial media idarəçiliyi, SEO və reklam kampaniyaları kimi istiqamətlərdə də fəaliyyət göstəririk. Hər bir layihədə yaradıcılıq və peşəkarlığı birləşdirərək müştərilərimizə maksimum nəticələr təqdim etməyə çalışırıq.

Bizim missiyamız yerli bizneslərin rəqəmsal dünyada öz yerini tapmasına və inkişaf etməsinə dəstək olmaqdır. Müştərilərimizlə şəffaf ünsiyyət qurur, onların gözləntilərini anlamağa və hədəflərinə çatmaq üçün ən effektiv strategiyaları hazırlamağa üstünlük veririk. Hər bir müştərini tərəfdaş kimi görürük və uzunmüddətli əməkdaşlığa inanırıq.

2023-cü ildən bəri keçdiyimiz yol bizə böyük təcrübə qazandırıb və bu təcrübəni bizneslərin uğuru üçün istifadə etməyə davam edirik. Komandamız daim yenilikləri izləyir və müasir texnologiyalardan istifadə edərək xidmətlərimizi təkmilləşdirir. Gələcəkdə də yerli şirkətlərin rəqəmsal transformasiyasına töhfə vermək və onların böyüməsinə dəstək olmaq əsas hədəfimizdir.

15
+
Uğurlu Layihə
6
X
ROİ
5K
+
Saytlarımıza gələn günlük trafik
1
Narazı Müştəri
Əsas Dəyərlərimiz

Müştərilərlə uğurlu tərəfdaşlığa yanaşmamız

Başlayandan bəri reputasiyanı prioritet tutduğumuz üçün daimi sürətlə irəliləməkdə çətinlik çəkmirik.
01

ƏLÇATIMLILIQ

Biz müştərilərimiz üçün hər zaman əlçatan olmağa çalışırıq. İstər suallarınız, istərsə də ehtiyaclarınız olsun, komandamız sizə dəstək olmaq üçün hazırdır. Əlaqənin asan və sürətli olması bizim üçün önəmlidir, çünki sizin rahatlığınız və məmnuniyyətiniz bizim prioritetimizdir.
02

ETİBARLILIQ

Biz verdiyimiz sözlərə sadiq qalaraq müştğümüzün işimizdə və əməkdaşlığımızda etibarlılıq prinsipinə əməl edirik. Layihələrimizi vaxtında və yüksək keyfiyyətlə tamamlayır, müştərilərimizə qarşı öhdəliklərimizi yerinə yetirməklə onların güvənini qazanırıq. Etibarlı tərəfdaş olaraq uzunmüddətli əlaqələr qurmağa üstünlük veririk.
03

ŞƏFFAFLIQ

Fəaliyyətimizdə şəffaflığı əsas tuturuq. Müştərilərimizlə açıq ünsiyyət qurur, proseslərimizi və qərarlarımızı onlara aydın şəkildə izah edirik. Gizli xərclər və ya qeyri-müəyyən vəziyyətlərə yol vermədən, hər addımda dürüstlük və aydınlıq prinsiplərinə sadiq qalırıq.
Geri Dönüşlər